Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun daha iki yeni mutasiyası aşkarlandı

  • 2020.05.12 17:05
  • 1672 Baxış
Koronavirusun daha iki yeni mutasiyası aşkarlandı


Estoniyanın Tartu Universitetinin alimləri koronavirusun mutasiyaya uğramış iki unikal ştammını aşkarlayıblar.

Medicina.az xəbər verir ki, universitetin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, sözügedən ştammlar yalnız Estoniyada müşahidə olunub: “Çində aşkarlanan mutasiyalarla müqayisədə Estoniyada bir çox yerdə tapılan 8 mutasiya ilə yanaşı yalnız bu ölkədə görülən 2 unikal mutasiya da aşkarlanıb”.

Bildirilir ki, iki mutasiya olunmuş ştamm ölkədə 6 xəstədə aşkarlanan koronavirusun genom ardıcıllığının öyrənilməsi zamanı müəyyən olub.

Qeyd edək ki, Tartu Universitetinin bionformatika mütəxəssisi Aare Abroy təhlil edilən bütün ştammların “SARS-CoV-2” virusunun A2a qrupuna aid olduğunu bildirib.