650 minə yaxın insanın ölümünə səbəb olan koronavirusun daha bir nadir əlaməti aşkar edildi.
Medicina.az-ın məlumatına görə, bunu Melbrundakı Kral xəstəxanasının tibb bacısı Emili Morris əlaməti öz üzərində müşahidə edib.
O xəstəxananın təcili tibbi yardım şöbəsində çalışır və müntəzəm olaraq COVİD-19 xəstələri ilə kontaktda olur. Bir müddət öncə o ətraflarında yorğunluq əlamətləri hiss edib. Əvvəlcə bunun işin çoxluğu, ayaq üstə çox zaman keçirməsi ilə bağlı olduğunu düşünüb. Lakin tibb bacısının COVİD-19 testi pozitiv çıxıb.
Xatırladaq ki, bu zamana kimi koronavirusun 11 əlaməti aşkar edilib. Bunların arasında ən əsası qızdırma, öskürək, halsızlıq, əzələ ağrıları, ishal və s. var.