Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun daha 3 yeni növü peyda oldu

  • 2022.02.17 17:19
  • 1469 Baxış
Koronavirusun daha 3 yeni növü peyda oldu


Alimlər koronavirusun 3 yeni növünü aşkarlayıblar.

Bakupost.az xəbər verir ki, Laos Milli Universiteti, Pasteur du Laos İnstitutu və Paris Universitetinin tədqiqatçıları SARS-Cov2-yə bənzər üç yeni mutasiyasını tapıblar.

“Nature” jurnalında dərc edilən araşdırmaya görə, Laosun şimalında yarasalarda aşkar edilən yeni BANAL-103, BANAL-236 və BANAL-52 virusları 2019-cu ildə qlobal pandemiyaya səbəb olan SARS-Cov2 koronavirusu ilə genomik oxşarlıqlar daşıyır.
Laos Milli Universiteti, Pasteur du Laos İnstitutu və Paris Universitetinin tədqiqatçıları sözügedən növülərin insan sağlamlığına zərər verə biləcəyini, lakin qəti nəticəyə gəlmək üçün araşdırmaların davam etdiyini açıqlayıblar.

A. İbrahova
BakuPost