"Çin koronavirusun bəzi nümunələrini ilk mərhələdə məhv edib. Ancaq bu, ABŞ-ın iddia etdiyi kimi örtbasdır etmək üçün yox, biotəhlükəsizlik üçün edilib".
Bunu Çin Milli Sağlamlıq Komissiyasının Elm və Təhsil Şöbəsinin rəsmi nümayəndəsi Liu Dengfeng bildirib.
Onun sözlərinə görə, hökumət virusun nümunələrini məhvetmə göstərişini yanvarın 3-də verib: "Bu qərar ona görə qəbul olundu ki, həmin laboratoriyaların texniki imkanları zəif idi. Bəzi xəstəxanalardan gətirilmiş virus nümunələrinin belə laboratoriyalarda olması bioloji risk yaradırdı. Ona görə bioloji təhlükəsizlik riskinin qarşısını almaq üçün belə addım atıldı".
Qeyd edək ki, ABŞ Çini koronavirusa dair məlumatları gizli saxlamaqda və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatını vaxtında məlumatlandırmamaqda ittiham edir.
azvision.az