Alma alimləri müəyyən ediblər ki, virus qoxu orqanlarının selikli qişasının sinir hüceyrələri vasitəsilə beyinə keçir.
Medicina.az xəbər verir ki, elmi məqalədə yeni Covidin təkcə respirator virus olmadığı sübut edilib.
O, ürək-damar, mədə-bağırsaq, mərkəzi sinir sistemi və beyinə də daxil olur. Hər 3 xəstədən biri nevroloji simptomlardan əziyyət çəkir.
Bir çox xəstələrdə koronavirus insultla nəticələnib.
Virusun beyin sinir hüceyrələrinə daha çox təsir etməsi ciddi nevroloji xəstəliklər, hətta epilepsiyaya səbəb olur.
Berlin bioloq, patanatom və nevroloqları 33ölmüş pasiyentin beyin toxuması nümunələri üzərində virusun beyinə necə keçməsini izləyib.
Tədqiqat zamanı beynin neyroanatomik strukturlarında virusun olduğu aşkarlanıb. Virus daha çox göz, burun, ağızı birləşdirən kök hüceyrələrdə görülüb.
“Bu nəticələr göstərir ki, covid burunun, gözün selikli qişalarından beyinə yol tapır” – deyə professor Frenk Helpner bildirib.