Avropada koronavirusa yoluxma faktının təsdiq olunmadığı yeganə ölkə Monteneqro olub.
Medicina.az ın məlumatına görə, bunu ölkənin İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qali mətbuata açıqlamasında bildirib.
Onun dediyinə görə, bu günədək ölkədə 2 mindən çox şəxs koronavirus şübhəsi ilə müayinə olunub. Müayinə olunanlardan 392 nəfəri müşahidə altında qalsa da,indiyədək heç bir xəstədə koronavirus aşkar edilməyib.
Qeyd edək ki, dünyada 127 mindən çox insan koronavirusa yoluxub, onlardan 4,6 mindən çoxu ölüb, 68 mindən çoxu isə sağalıb.