“Tənəffüs çatışmazlığı xəstəliyin daha ağır formada keçməsinin əlamətidir”, – o bildirib. Avdeyev belə olan halda həkimlərə müraciət etməyi və xəstəxanaya yerləşdirilməyə hazır olmağı tövsiyə edib.
O, xəstələrə fəsadlardan qaçmaq üçün öz səhhətlərini izləməyi məsləhət görüb. Avdeyev eyni zamanda əlavə edib ki, koronavirus infeksiyası daha tez yüngül formada keçir. “COVID-19-a yoluxan hər kəs üçün xəstəxanaya yerləşmə tələb olunmur: xəstələrin əksəriyyəti evdə həkimlərin nəzarəti altında müalicə oluna bilər”, – deyə Avdeyev qeyd edib.
Bundan əvvəl ABŞ həkimlərinin koronavirusun yeni simptomlarını aşkarladığı barədə bildirilib. Bunlar titrətmə, əzələ, baş, boğaz ağrıları, habelə dad və qoxu hissinin itkisidir.