Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun ağır formalarını aşkar edən test sistemi hazırlandı

  • 2020.10.17 09:11
  • 1434 Baxış
Koronavirusun ağır formalarını aşkar edən test sistemi hazırlandı

Britaniyalı alimlər koronavirusun ağır formalarını aşkar edə biləcək test sistemi hazırlayıblar. Onlar testin insan qanındakı qoruyucu immun hüceyrələrin istehsalından məsul olan beş sitokinin profilinə görə aparılacağını bildiriblər.

Bu barədə “Respiratory Research” xəbər yayıb.

Mütəxəssislər koronavirusa yoluxan bəzi xəstələrin “sitokin fırtınası”ndan əziyyət çəkdiyini qeyd ediblər. Qanda sitokinlərin nisbətinin çox olması hiperinflammaya səbəb olur ki, bu da bədəndəki hüceyrələrin və toxumaların məhvinə gətirib çıxarır, xəstəliyin gedişatı ağırlaşır və ölümlə nəticələnir.

Alimlər ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski mövcud olduğu üçün “sitokin fırtınası”na meylli olan xəstələrin dərhal reanimasiya şöbəsinə göndərilməli olduqlarını vurğulayıblar.