Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirusun 4,5,6,7-ci dalğaları da olacaq...” - Vasif İsmayıl

  • 2021.10.07 13:20
  • 1777 Baxış
“Koronavirusun 4,5,6,7-ci dalğaları da olacaq...” -  Vasif İsmayıl
Havaların soyuması, immun sisteminin zəifləməsi virus və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur. İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağına, yeni dalğaya səbəb olacağını düşünürlər.

Bəs yeni dalğa gözlənilirmi? Vəziyyət yenidən pisləşə bilərmi?

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikrincə, COVID-19-un dalğaları hələ davam edəcək:



“Koronavirusun 4,5,6,7-ci dalğaları da olacaq. Bunu artıq qəbul etməliyik.

Dalğaların şiddəti peyvəndlənmiş insan kütləsindən asılıdır. Əgər Azərbaycanda əhalinin 70%-i peyvəndlənmiş olarsa, dalğa başqa cür keçə bilər. Bu mənada əsas fikir peyvəndləmənin üzərinə yönəlməlidir.

Hazırda peyvəndlənmə nisbəti yaxşıdır. Yəni, ümidvericidir. Düşünürük ki, qarşıdakı dalğalar indikindən daha güclü olmayacaq”.