Səudiyyə Ərəbistanında Kral Abdullah Elm və Texnologiya Universitetinin alimləri koronavirusun ən dəqiq 3D modelini yaradıblar.
Lenta.ru-nun məlumatına görə, tədqiqat nəticələri elmi qurumun saytında dərc olunub.
Modelin yaradılması üçün SARS-CoV-2 virusunun quruluşuna dair hazırda bilinən bütün məlumatlar toplanıb. Tədqiqatçılar bunun üçün virus hissəciyinin səthinin elektron mikroskopların köməyi ilə alınan təsvirindən istifadə ediblər.