Rekord sayda – 34 mutasiyanı özündə birləşdirən koronavirus ştammı aşkarlanıb. Bu ştamm Tanzaniyadan təyyarədə gələn sərnişinlərdə aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Anqolanın Səhiyyə Nazirliyinin mütəxəssisləri məlumat verib.
Anqolaya Tanzaniyadan uçan aviareysdə 3 sərnişində yeni ştamm aşkarlanıb. Onlar aeroportda PÇR testi veriblər.
“Tanzaniya ştamm kovidin birinci tipindən genetik olaraq fərqlənir. Və indi yayılan hind, Britaniya, Cənubi Afrika
ştammından da dəfələrlə güclüdür. Yeni ştammda 34 mutasiya var, onlardan 14-ü S zülalda yerləşir ki, bu zülallar insan hüceyrələrinə daxil olmaqda əsas rolu oynayır”.