Koronavirusla bağlı yeni simptomlar müəyyən edilib.
Medicina.az xəbər verir ki, bu barədə Berlin qəzetlərində Almaniyanın elm adamlarına istinadla açıqlama verilib.
Bildirilib ki, koronavirusa yoluxan insanların üçdə ikisində qoxu və dadbilmə qabiliyyətinin qısa müddətə itdiyi müşahidə edilib.
Bundan başqa, xəstələrin 30 faizində ishal problemi yaranıb.
Həkimlər SARS-1-ə nisbətən az təhlükəli olmasına baxmayaraq, COVID-19-un daha sürətlə yayıldığını vurğulayıblar.