Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun 18 mutasiyalı yeni növü aşkarlandı - Daha TƏHLÜKƏLİDİR

  • 2021.04.08 11:25
  • 1662 Baxış
Koronavirusun 18 mutasiyalı yeni növü aşkarlandı -  Daha TƏHLÜKƏLİDİR
Koronavirusun daha əvvəl tanınmayan, 18 mutasiyadan ibarət yeni növü aşkarlandı.

Medicina.az xəbər verir ki, bu növə Braziliyada rastlanılıb. Yeni növün təhlükəli olacağını deyən mütəxəssislər, bunun digər mutant viruslarla ortaq xüsusiyyətə malik olduğunu deyiblər.

Viroloq Renato Santana aşkarlanan növün daha sürətlə yayıldığını və daha təsirli olduğunu bildirib.

Onun sözlərinə görə, mutant virusun harada və nə zaman yarandığı ilə bağlı araşdırmalar aparılır.