Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib

  • 2020.03.27 15:40
  • 153822 Baxış
Koronavirusun 15 əsas simptomu  – Bütün ölkələrin həkimləri təsdiq edib


Koronavirus simptomlarının hələ epidemiya başlayandan dəyişməsi və yeniləri əlavə olunması barədə müxtəlif ölkələrin həkimlərindən rəylər verirdi.

Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.

Medicina.az artıq Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərinin verdiyi rəylərə əsasən təsdiqlənmiş 15 əsas simptomu təqdim edir.

Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri qəribə də olsa burnun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss etmir, dad reseptorları işləmir.

Diqqət, bunlara fikir verin:

1. Qoxu və dadbilmə hissiyatının azalması və tam itməsi
2. Burun selikli qişasının ya quruması ya da zökəmi, yəni su axması. qıcıqlanması
3. Böğaz quruması, qıcıqlanması

4. Öskürək –əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enir
5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq
6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması
7. Halsızlıq, kefsizlik, iştahsızlıq

8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal
9. Ürəkbulanma, qusma
10. Titrətmə, üşütmə

11. Quru öskürək, ciyərlərdə küy
12. Qızdırma, 38-dən yuxarı və dərmanla salmaq olmur
13. Baş ağrısı

14. Gözlərin qıcıqlanması, yanması
15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq



Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır.

Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır.

Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir

Əgər əlamətlərdən 3-5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə “koronavirusdan şübhələnirəm” deyə çağırış edir, ailə üzvlərindən uzaq durub, adi isti su hər 15 dəqiqədən bir qəbul edirsiz. Sakitləşdirici də içə bilərsiz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu əlamətləri gizlədə bilər.