Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusu yüngül keçirənlərə həkimdən məsləhət - Bunu istifadə edin

  • 2021.08.05 17:35
  • 1995 Baxış
Koronavirusu yüngül keçirənlərə həkimdən məsləhət   - Bunu istifadə edin


Anestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirusu yüngül keçirən xəstələr üçün maraqlı metod tövsiyə edib.


Medicina.az xəbər verir ki, həkim 3 faizli perekislə inqalyasiyadan danışıb:

“Əgər çox müddət keçməyibsə, ya boğazı 3%-li perekslə (yarı-yarıya su ilə durulaşdırın) qarqara edin, ya da pereks buxarları ilə yarım saat nəfəs alın (nebulayzerlə). Bundan başqa vitamin D, C, sink, selen qəbul edin. Özünüzü soyuqdan qoruyun. Amma tank kimi geyinib özünüzü tərlətməyin. Zərərli vərdişləri dayandırın.

Gecə yatmazdan əvvəl 1 tablet melatonin için, möhkəm yatın. Yuxu çox önəmlidir. Gündüzlər isə istirahətinizə və qidalanmanıza fikir verin, stressdən qaçın, musiqilərə qulaq asın. Bütün bunlar immunitetinizin zəifləməsinin qarşısını almaq üçündür.

Virusu simptomsuz, ya da presimptomatik keçirirsinizsə, bol maye qəbul edin. Az ehtimalla kimisə yoluxdura bilərsiniz. Müalicədə antibiotikə, antivirusa, antikoaqulyanta və s. ehtiyac yoxdur. Tək siz yox, 81% xəstənin xüsusi müalicəyə ehtiyacı yoxdur. Halınızda mənfi dəyişiklik olarsa, başqa dərmanlara ehtiyac ola bilər. Əgər siz tələsib antibiotik qəbul etsəniz, bütün ardıcıllığı alt-üst edəcəksiniz və sizə həqiqətən antibiotik lazım olan vaxt onlar kömək etməyəcək”.