“Evdə müalicə alan və COVID-19-a yoluxmuş şəxsin aptekə getməsi qəti qadağandır. Bu istiqamətdə yüngül əlamətlərlə xəstəliyi keçirən şəxslərin zəruri dərman preparatları ilə təmin olunması məsələsinə baxılacaq”
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, ev şəraitində müalicə simptomsuz və yüngül əlamətləri olan şəxslərə şamil olunur.
Simptomsuz xəstələrin müşahidəsi və yüngül simptomlu xəstələrin dərmanları ilə bağlı nəzərdə tutulan məqamlar var.