Avstriya alimləri və infeksion mərkəzin həkimləri 109 koronavirus xəstəsi üzərində eksperiment aparıblar.
Professor Vinfrid Pikl tədqiqat zamanı yüngül dərəcədə koronavirusu keçirən qrupda aşağıdakı əlamətlərin daha çox olduğunu qeyd edib.
- Titrəmə, yorğunluq, soyuq hissi, yüngül öskürək, qrip əlamətləri
- Burun tutulması, boğazda quruluq
- Əzələ oynaq ağrıları
- İshal, ürəkbulanma
- Göz və burun selikli qişasının iltihabı, qızarması
- Dad və iybilmənin itməsi, reseptorların işində pozulma
- Baş ağrısı
Alimlər müəyyən edib ki, koronavirus yüngül formada da olsa insanın immunitetinə ciddi təsir edir, ona görə xəstəlikdən hətta 10 həftə sonra da onun fəsadlarını görmək olur.