Vyetnamda koronavirus xəstəsi qaydalara əməl etmədiyi və virusu yaydığı üçün 5 illik həbs cəzası alıb.
Medicina.az xəbər verir ki, 28 yaşlı Le Van Tri adlı gənc iyul ayında motosikletlə səfərə çıxıb.
Daha sonra onun koronavirusa yoluxduğu, ailə üzvləri və ziyarət etdiyi sosial yardım mərkəzindəki işçilərdən birini yoluxdurduğu məlum olub.
Haqqında cinayət işi açılan gənc 5 illik həbs cəzası alaraq, 880 dollar da cərimələnib.