COVID-19 kimi virusu sıfırdan yaratmaq mümkün deyil. Onu ancaq laboratoriya şəraitində adaptasiya etmək mümkündür.
Medicina.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının üzvü, professor Aleksandr Lukaşev bəyan edib.
“Yarasalardan virusu və insan hüceyrəsini götürürük, üzərində bioloji manipulyasiyalar həyata keçiririk, nəticədə, yarasadan insana yoluxa bilən mutasiyalı virus əldə edirik".
Alim bildirib ki, bu ehtimaldır. Amma virusun süni şəkildə yaradıldığını sübut etmək mümkün deyil. Prosesi virusun genomu ilə izləmək qeyri-realdır.