Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusu qəsdən yayan adam öldü - Yaponiyada

  • 2020.03.18 20:54
  • 11733 Baxış
Koronavirusu qəsdən yayan adam öldü -  Yaponiyada
Yaponiyada koronavirus diaqnozu qoyulan şəxs ölüb.

“Kyodo” agentliyi xəbər verir ki, 57 yaşlı Qamaqori şəhər sakini xəstəxanada koronavirusdan həyatını itirib.


Martın əvvəlində koronavirus diaqnozu qoyulan həmin şəxs növbəti gün xəstəxanaya yerləşdirilə biləcəyi üçün həkimlər ondan birbaşa evə getməsini və özünü təcrid etməsini istəyiblər.

Bunun əvəzinə o, əvvəllər infeksiyaya yoluxmuş qohumlarına virusu başqalarına yaymaq istədiyini bildirərək, azı iki bara gedib.

Barlardan birində yapon koronavirusa yoluxduğunu deyəndən sonra işçilər polisə və səhiyyə işçilərinə xəbər veriblər.

Həmin vaxt barda olanlardan birində sonradan koronavirus aşkar edilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.