Çində ilk dəfə koronavirusun yeni növü barədə məlumat verən və bir müddət sonra COVID-19-a yoluxaraq vəfat etmiş həkim Li Venliyanın oğlan övladı dünyaya gəlib.
Medicina.az xəbər verir ki, ana və yeni doğulmuş körpə tamamilə sağlamdır, koronavirus aşkarlanmayıb.
Li Venliyanın həyat yoldaşı “WeChat” sosial şəbəkəsində COVİD-19-dan vəfat etmiş həyat yoldaşına xitabən “Bunu cənnətdə gördünmü? Mənim üçün ən son hədiyyən bu gün dünyaya gəldi” qeydi edib.