Rusiyalı professor, uzun illər hərbi həkim işləmiş Nikolay Kosenkov bir müddətdir ki, hələ sovet illərində heparindən virus xəstəlikləri və epidemiyalarda istifadə etdiklərini və təsirini öz üzərində yoxladığı barədə açıqlama vermişdi.
İndi italyan həkimləri heparin və onun analoqu enoksoparinin koronavirus müalicəsində effektini araşdırır.
Medicina.az xəbər verir ki, Kosenkov yenidən heparini gündəmə gətirərək, Rusiyada epidemiyanın və xəstəliyin qarşısının alınmasının mümkünlüyünü açıqlayıb.
O, 1970-ci ildə Hərbi tibbi Akademiyanın son kurs tələbəsi kimi Leninqradda yeni və ağır qrip ştammının epidemiyası yayılanda qorunmaq üçün heparindən istifadə etmişdi. Baxmayaraq ki, o qrip peyvəndi olmamışdı.
Həkim 1977-ci ildə heparindən ağır septiki xəstəliklərin müalicəsində tətbiqi barədə elmi araşdırma apardı.
“Mən heparindən sublinqval istifadə etdim və qripə tutulmadım. Mən bunu öz üzərimdə, tanışlarım və ailə üzvlərimdə sınamışam. 15 nəfərdə herpes, özümdə Zoster virusunda yoxlayıb, müsbət nəticələr almışam”