Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusu ən çox bu qan qrupu yayır

  • 2022.01.04 15:00
  • 2464 Baxış
Koronavirusu ən çox bu qan qrupu yayır

Böyük Britaniyanın Kent Universitetinin alimləri qan qruplarının fərqini koronavirusa yoluxma ehtimalı ilə əlaqələndiriblər. Onlar I qan qrupu olan insanların koronavirusun yayılmasına daha çox meylli olduğunu öyrəniblər.


Tədqiqatın nəticələrinə görə, universal donor sayılan I qan qrupu olan insanların yoluxma ehtimalı azdır, lakin onlar hər hansı digər qan qrupu olan insanları virusa yoluxdura bilərlər.



Britaniyalı alimlərin gəldiyi nəticələrdən biri də odur ki, əhali arasında müxtəlif qan qruplarına malik ölkələrdə koronavirusun yayılmasına təbii maneələr olacaq. Bundan əlavə, alimlər peyvənd üçün hər hansı bir qan qrupuna üstünlük verilməsinin təsadüfi seçimdən daha pis olduğunu deyiblər.