Sars-CoV-2 virusunun maksimum ötürülmə məsafəsi 4 metrdir.
Medicina.az xəbər verir ki, Çində aparılan yeni araşdırma nəticəsində koronavirusun daha çox xəstəxanada işləyənlər vasitəsilə yayıldığı bildirilib.
Araşdırma zamanı bəlli olub ki, virus ayaqqabının dabanında yaşaya bilir və tibb işçiləri tərəfindən xəstəxananın əhatəsinə yayılır.
Uhandakı Houşenşan Xəstəxanasının Reanimasiya Şöbəsində işləyən tibb işçilərinin ayaqqabılarından götürülən nümunələrin yarısında Sars-CoV-2 testləri pozitiv çıxıb. Bundan sonra Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusun yerə, kompüter mauslarına, zibil qutularına və xəstələrin yataqlarına dağıldığını açıqlayıb.
Araşdırma hesabatında insanların COVID-19 xəstələrinin otaqlarından çıxmadan əvvəl ayaqqabılarının altını dezinfeksiya etmələri tövsiyəsi verilib.