İçərisində pasiyent olan təcili tibbi yardım maşını yolda yanıb.
Medicina.az xəbər verir ki, hadisə Rusiyanın Tomsk vilayətində baş verib.
Bildirilir ki, maşında pasiyent, feldşer və sürücü olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb, lakin UAZ avtomobili tamamilə yararsız hala düşüb.
Hadisənin səbəbləri araşdırılır.