Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronaviruslu xəstələrin mübarizə apardığı "Yeni klinika"- Dəhşətli kadrlar - VİDEO

  • 2020.06.23 19:52
  • 10256 Baxış
Koronaviruslu xəstələrin mübarizə apardığı "Yeni klinika" - Dəhşətli kadrlar - VİDEO
Bura girər-girməz insanın içindəki xof, vahimə işin elə görünməyən tərəfidir. Bəzi insanlar fikirləşir ki, əşşi, bazarda, yasda, qohum-əqrəbanın evində koronavirusa yoluxan deyiləm. Lakin buradakı xəstələr heç özləri də bilmirlər ki, bu infeksiyanın qurbanına harada və necə çevriliblər. Yaşadıqları bu ölüm-qalım savaşından sonra, sadəcə, bir istəkləri var indi - hamı evdə qalsın, qoyulan tələblərə əməl etsin!

Hər gün kütləvi informasiya vasitələrində vətəndaşlara edilən xəbərdarlıqlardan biri də odur ki, “ailənizi, yaşlı valideynlərinizi özünüzlə gətirəcəyiniz bəladan qoruyun!” Bax, 79 yaşlı bu babanı yoluxduran elə öz övladları olub:

“Allah hamınızdan razı olsun! Özümü yaxşı hiss edirəm. Uşaqlar yoluxmuşdu, məni də yoluxdurdular”.

Aram-aram və çox çətinliklə sözlərini ifadə edən xəstələrin əksər hissəsi özlərini yaxşı qoruduqlarını desələr də, nəticə göz qabağındadır. Bu, bir daha onu göstərir ki, son dərəcə tələbkar və diqqətli olmalıyıq.

Qohumlardan birinin dünyasını dəyişdiyini eşidən və buna ürəyi yanan nənə isə indi bilmir kimi qoyub, kimə ağlasın: “Beş gündür xəstəxanadayam. Temperaturum qalxdı və ağrılarım oldu. İndi bir az yaxşılaşmışam. Allah bütün həkimlərimizin canını sağ eləsin. Vətəndaşlara demək istəyirəm ki, xəstəliyə inansınlar. Özlərini vaxtında müalicə etdirsinlər, özlərini qorusunlar. Karantin qaydalarına riayət etsinlər. Hüzr yerində yoluxmuşam. Orada adam çox idi. Vətəndaşlara demək istəyirəm ki, heç bir hüzrə getməsinlər. Bu elə xəstəlikdir ki, mübarizə aparmaq çox çətindir”.

Çalışın evdə qalın, yaxınlarınızı və doğmalarınızı qoruyun! Əmin olun ki, evdə qalıb televizora baxmaq burada uzanıb tavana və ya döşəməyə baxmaqdan dəfələrlə yaxşıdır.

Bu reanimasiya divarları arasında gedən ölüm-qalım mübarizəsini öz gözlərinizlə bir də xəbərin etibar etdiyiniz ünvanından izlədiniz. Ümid edirik ki, artıq vəziyyətin hansı səviyyədə olduğunu çox gözəl anlayırsınız. Ailənizin və doğmalarınızın ümidlərini puça çıxarmamaq diləyi ilə...