Çinin koronavirusa yoluxan ən kiçik pasiyenti xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki, Muen adlı bir aylıq uşaq bu gün Henan şəhərində öz ailəsinə qovuşub. Buna qədər körpə karantinə alınmışdı.
Uşaq beş günlük olanda onda koronavirus aşkarlanmışdı.
Muenin sağalması üçün həkimlər onu müalicə etməkdən əlavə, bir ay müşahidə altında saxlayıblar.