Klod Bernarın yaxşı bir sözü var :"Mikrob heç nədir,mühit hər şeydir." İndi də əsrin bəlası koronavirusun tüğyan etməsi üçün əlverişli mühit yaranıb. Covid 19 a qarşı aparılan mübarizə tədbirlərinin effektsizliyi bir daha Bernarın haqlı olduğunu göstərir.
Nevroloq, hemeopat həkim Mirzə Qaraşov koronavirusun müalicəsində yol verilən yanlışlar barədə medicina.az-a açıqlama verib.
“Əgər bu gun qoruyucu kombinzonda da, reanimasiyada da yoluxma olursa, bu onu göstərir ki, mübarizənin səmti dəyişməlidir. Birinci növbədə insan orqanizminin özünün müdafiə qüvvəsini artırmaq lazımdır, onda mikrob insan orqanizminə yaxın düşməyəcək.
Yadınızdadırsa, mən hələ bu ilin iyun ayında müsahibələrimdə antivirus preparatlarının toksiki təsirindən danışırdım. O zaman respublikada daha çox işlənən tamufludan bəhs etmişdim.
Bundan təxminən iki ay sonra ÜST antivirus preparatlarının effektsiz olması haqqında məlumatları yayılmağa başladı. Noyabr ayında isə bu sözlər hətta məşhur Remdesevir haqqında da deyilməyə başladı. Bunun üçün hansısa tədqiqatın nəticəsini gözləməyə dəyməz. ABŞ da ölüm faizinin yüksək olması Remdesevirin heç də Covidin müalicəsində ən effektli preparat olmadığını, hətta ən zərərli preparat olduğunu göstərir.
Mənim fikrimcə ümumiyyətlə, ÜST özünün də dəfələrlə bəyan etdiyi kimi Covid əleyhinə heç bir etiotrop preparat olmadığını bilə-bilə zorla hansısa guya "etiotrop "təsir göstərən preparat axtarışına çıxmağa dəyməz. Əksinə orqanizmə imkan vermək lazımdır ki, bu infeksiyaya qarşı mübarizə aparsın. Hər halda insan orqanizmi bunu bizdən daha yaxşı bacaracaq. Bu məqsədlə yüngül dəstək verici preparat kimi homeopatilk preparatlardan yaxşısını düşünmək mümkün deyil. Lakin mənim təklif etdiyim homeopatilk preparatlarla profilaktik sxem eləcə də Kvant terapiyası seansları, eləcə də bunların müalicə prosesində tətbiqi tibbi cameə tərəfindən qəbul olunmadı. Düzdür ayrı ayrılıqda bir çox həkimlər, xüsusən, stomatoloqlar, ginecoloqlar, bəzi reanimatoloqlar tətbiq etməyə başlasa da geniş yayılmadı.
Hemeopatik preparatlardan niyə çəkinirsiz?
İndi xəstəliyin ikinci dalğası gəlib. Əvvəlkindən daha kəskin, daha çox can alır. İndi evlərdə kifayət qədər insan rəhmətə gedir Coviddən.
Bu günlərdə TƏBİB in xəstələrə payladığı dərman paketlərində Erqeferonu gördüm. Rusiya istehsalı olan hemepatik dərman Erqoferon.
Nədənsə təbabətdə homeopatiyanın tətbiqinin əleyhinə çıxanlar nəsə danışmadılar. Həkimlərdən biri isə Erqoferonu influensanın qarşısını almaq üçün istifadə olunduğunu dedi...
Deməli homeopatiya nəyəsə təsir göstərirmiş.Bəs onda niyə mənim təkliflərinin əleyhinə çıxırdınız? Hələki gec deyil, profilaktika sxemindən geniş istifadə olunmalıdır. Onda xəstələnmə sayı da, ağır xəstələrin sayı da azalar. Necə deyərlər, möcüzə uzaqda deyil, elə orqanizmin öz içindədir...
Yanlış profilaktika tədbirləri
Bir də insanların xəstəliyə qarşı özlərinin axtardığı, ucdantutma profilaktika tədbirləri haqqında yazım. Hamı vena daxilinə infuziyalar (sistem) elətdirirlər. Çox zaman da bu infuziyalara deksametazon əlavə edirlər. Bu infuziyaların mənfi xüsusiyyətləri var:
1.dexametason müqaviməti aşağı salır.2.bir çox xəstəyə proseduralar edən tibb bacıları eyni zamanda infeksiyanın yayılmasında iştirak edir. 3.Antibiotikləri xəstəlik başlamamışdan və xəstəliyin ilk günlərindən istifadə edilməsi də əslində infeksiyalara qapı açır.
Eləcə də antibiotiklərin yan təsirləri bəzən o qədər kəskin olur ki, infeksiya kənarda qalır, məcbur olursan həmən yan təsiri müalicə edəsən.
Ona görə də profilaktika tədbirlərini seçəndə ehtiyatlı olmaq lazımdır. Tibbi savadına etibar etmədiyiniz şəxslərin təyinatlarına ehtiyatla yanaşmaq lazımdır. İnternetdə rastlaşdığınız hər preparatı istifadə etməyin. Ən yaxşısı öz orqanizminizə etibar edir".
Həkimin fikri ilə razıyam. Klassik Homeopatiya ilə mualicəni daha məqsədəuyğun sayıram və istifadə edirəm. Məsələn: Koronavirusun profilaktikası üçün dünya klassik Homeopatları Ars. Album C6, C30, C200 və s. (seçim indivudal aparılır) istifadə olunur.