Bəşəriyyəti koronavirusla bağlı çətin sınaqlar gözləyir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə jurnalistlərə deyib.
A.Qebreyesus deyib: "İnanın, ən çətini - irəlidədir. Lakin biz bu faciənin qarşısını ala bilərik. Çoxları sadəcə bu virusun nə olduğunu başa düşmürlər".
ÜST-ün baş direktoru bildirib ki, COVID-19 bir tərəfdən çox yoluxucudur, digər tərəfdən isə əhalinin bəzi qrupları üçün ciddi təhlükə yaradır".