Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusla mübarizə aparan həkimlərə 11.1 milyonluq əlavə ödənildi

  • 2021.12.17 10:46
  • 1636 Baxış
Koronavirusla mübarizə aparan həkimlərə  11.1 milyonluq əlavə ödənildi
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin sentyabr ayı üzrə 11.1 milyon manata yaxın müddətli əlavə və mükafat ödənilib.

Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə (iş vaxtına/saatına) mütənasib olaraq təxminən 10 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 1.1 milyon manatdan çox müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin sentyabr ayı üzrə (iş vaxtına, saatına) mütənasib olaraq 6341.30 manat məbləğində müddətli əlavə ödənilib.

Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, sentyabr ayı üzrə 1250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Aylar Dövlət tibb müəssisələri üzrə Özəl tibb müəssisələri üzrə Könüllülər üzrə Cəmi
Tibb işçiləri Qeyri-tibb işçiləri
Sentyabr 9,959,747.27 AZN (8802 nəfər) 1,129,057.48 AZN
(2119 nəfər) 6341,30 AZN
(3 nəfər) 1250,00 AZN (5 nəfər) (11,096,396.04 AZN)
(10929 nəfər)



Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən sentyabr və oktyabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.