Türkiyə Böyük Millət Məclisi (TBMM) martın 13-dən 31-dək ziyarətçi qəbul olunmayacağı barədə qərar qəbul edib.
Məlumatı “Anadolu” agentliyi yayıb.
Ötən gün Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.
Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.