Çinin Uhan şəhərində koronavirusa yoluxan 17 günlük uşaq dərmansız sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə “The Mirror” xəbər yayıb.
Syao-Syao adlı qız dünyaya gələrkən valideynindən biri ölümcül koronavirusa (COVID-19) yoluxmuşdu. Uşaqda respirator infeksiyasından əlavə, ürək problemi də olub.
Simptomlar ağır olmadığından həkimlər ona dərman verməmək qərarına gələrək, ürəyini müalicə ediblər. 17-ci günündə Syao-Syaonun analizlərinin cavabı neqativ çıxıb. Həkimlər körpənin sağlam olduğunu bildiriblər.
Qeyd edək ki, dünyada 80,3 min insan koronavirusa yoluxub. Onlardan 2,7 mini ölüb, 27,8 mini isə sağalıb. Çindən başqa dünyanın 30 ölkəsində “COVID-19”a yoluxma halı qeydə alınıb.(oxu.az)