Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusla bağlı yalan məlumat yayan səhifələrə qadağa

  • 2020.03.04 21:04
  • 3156 Baxış
Koronavirusla bağlı yalan məlumat yayan   səhifələrə qadağa
Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) Baş Prokurorluğun tələbi ilə koronavirus barədə sosial şəbəkələrdə yayılan yalan məlumatları qadağan olunmuş informasiya reyestrinə daxil edəcək.

Medicina.az xəbər verir ki, Rusiya Baş Prokurorluğu “Roskomnadzor”a Feysbuk və VKontakt sosial şəbəkələrində koronavirus barədə yalan məlumatlar yayan səhifələrə keçidlər də təqdim edib.

Rusiya qanunlarına əsasən, “Roskomnadzor” belə resurslara girişi məhdudlaşdırır, onların sahiblərinə və ya hostinq-pravayderlərə pozuntu barədə bildiriş göndərir.