Dünyada 111 959 588 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, virusdan 2 477 855 xəstə ölüb, 87 319 594 nəfər sağalıb.
Avropada 33 145 586, Şimali Amerikada 32 975 307, Asiyada 24 499 573, Cənubi Amerikada 17 432 976, Afrikada isə 3 854 676 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 765 423 nəfər), Hindistan (11 005 850 nəfər), Braziliya (10 168 174 nəfər), Rusiya (4 164 726 nəfər) və Böyük Britaniyadır (4 115 509 nəfər).