Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların sayı 2500-ü ötdü - Azərbaycanda yeni REKORD

  • 2020.11.19 15:03
  • 1735 Baxış
Yoluxanların sayı 2500-ü ötdü -  Azərbaycanda yeni REKORD

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.