Rusiya Səhiyyə naziri Mixail Muraşko yeni bir koronavirus infeksiyası ilə mübarizədə, eləcə də koronavirus xəstələrinə kömək etməkdə rusiyalı mütəxəssislərinin təcrübəsinin xaricdə tələbatı çox olduğunu söylədi. Xüsusilə, rusiyalı həkimlər artıq İtalyada, Qırğızıstanla virusla mübarizə aparmağa kömək göstəriblər və yaxın gələcəkdə Azərbaycana səfər planlaşdırılır.
Medicina.az xəbər verir ki, nazir bu gün mütəxəssislərin artıq İtaliyadan Qırğızıstana qayıtdığını, indi isə Qazaxıstanda çalışdıqlarını bildirib:
"Mütəxəssislərimizin Azərbaycana getməsi planlaşdırılır. Buna görə xüsusən yaxınlarımıza hərtərəfli kömək edirik".
Muraşko qeyd edib ki, hazırda Rusiyanın tibbi turizm üçün cəlbedici olmadığını söyləmək olmaz. Ölkədə beynəlxalq lider olan tibb müəssisələri var.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən icra edilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.