ABŞ-ın Pitsburq Universitetinin Tibb Mərkəzində tədqiqatçı alim, 37 yaşlı Binq Lyu evində ölü tapılıb.
Medicina.az xəbər verir ki, o, bədəninin müxtəlif nahiyələrindən bir neçə güllə yarası alıb. Bundan başqa, həkimin evinin 100 metrliyində Hao Gu adlı 46 yaşlı şəxs maşınında ölü tapılıb.
Ehtimal edilir ki, Gu əvvəlcə Binq Lyunu öldürüb, daha sonra isə intihar edib.
Pitsburq Universitetindən verilən açıqlamada Lyunun COVID-19 epidemiyası ilə bağlı vacib araşdırma apardığı bildirilib.