ABŞ prezidenti Donald Tramp koronavirusun əlində aciz qalan dünyanı həyəcanlandıran xəbəri bölüşüb.
Medicina.az-ın məlumatına görə, prezident virusa qarşı daha bir vaksinin sınaqlarında son mərhələyə keçirildiyini deyib. Şimali Karolinadakı biotexnologiya mərkəzinə səfəri zamanı Tramp COVİD-19-la bağlı aparılan işlər barədə məlumat verib.
"İkinci bir COVİD-19 peyvəndinin sınaqlarında bir neçə gün ərzində son mərhələyə keçid ediləcək. Viruslara qarşı peyvəndlərin hazırlanması üçün adətən 1 ilə yaxın zaman tələb edilir. Bunlar ən sürətli hazırlanan vaksinlər ola bilərlər.
Amerika çox yaxında vaksini hazırlayıb, bu virusu məhv edəcək".