COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.
Bu sözləri Türkiyədə koronavirusla mübarizə aparan xəstəxanasının pandemiya şöbəsinin müdiri, həkim Yusif Sarvan COVID-19-un aylarla davam edəcəyini açıqlayıb.
Medicina.az həkimin koronavirusla bağlı yayılan bəzi informasiyalara və yanlış fikirlərə izahını təqdim edir.
- Virusun təsirini yay azaltmayacaq. Elə ölkələr var ki, orda istidir, ancaq virus sürətlə yayılır.
- Çox su içməklə hüceyrələrə nüfuz edən koronavirusu məhv edə bilməzsiniz, böyrəklərinizi yükləməyin.
- Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur.
- Koronavirus qidadan qaynaqlanan infeksiya deyil.
- Saunaya girmək hüceyrəyə nüfuz edən koronavirusu öldürmür.
- Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik simptomdur.
- Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və duş qəbul etməyiniz lazım deyil.
- Hava təmizdir; bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.
- Koronaya qarşı adi sabun istifadə etmək kifayətdir, antibakterial sabun almaq mütləq deyil.
- COVID-19-u evinizə ayaqqabı ilə gətirmək şansınız, gündə iki dəfə sizi ildırım vurması ilə eynidir. 20 ildir viruslara qarşı işləyirəm, hava-damcı infeksiyası bu cür yayılmır.
- Sirkə, sumax, soda və zəncəfil virusdan qorumur. Bunlardan əl çəkin
- Əlcək taxmaq yanlışdır, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır.