Abxasiyanın 1 saylı orta məktəbinin müəllimi Lyudmila Anua koronavirus ağırlaşmasından həyatını itirib.
Medicina.az xəbər verir ki, ölümündən 6 gün əvvəl o, facebook səhifəsində müraciət paylaşıb.
“Abxaziya xalqı, özünüzü qoruyun. Virus aramızda gəzir, o hər yerdədir. Mən inanmırdım, belə olacağımı bilmirdim. Əgər bilsəydim...”
Vəziyyəti ağırlaşan pedaqoqu Gürcüstana köçürsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Onun dərs dediyi məktəbdə 50 uşaqda qızdırma aşkarlandığı üçün 3 həftəlik məcburi karantinə bağlanıb.