Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan tam sağalmayanlar - Uzunmüddətli kovid nədir?

  • 2022.03.11 15:44
  • 2467 Baxış
Koronavirusdan tam sağalmayanlar   - Uzunmüddətli kovid nədir?

COVID-19-a yoluxan bir çox insan bu xəstəliyi çox ciddi keçirtmir və qısa müddətdə sağalır. Lakin ağır xəstə olmayanlarda belə, sağaldıqdan sonra uzunmüddətli problemlər yaşayanların sayı kifayət qədərdir. Buna isə "uzunmüddətli COVID" adı verilmişdir.

Medicina.az xəbər verir ki, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat paylaşıb.

Böyük Britaniyada səhiyyə işçiləri üçün təlimatda deyilir ki, COVID simptomları, yüngül və ya ağır olmasından asılı olmayaraq infeksiyanın başlamasından 12 həftə sonra belə davam edərsə və başqa səbəb yoxdursa, "uzunmüddətli COVID" diaqnozu qoyula bilər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) "uzunmüddətli COVID" simptomlarını aşağıdakı kimi sadalayır:

-Həddindən artıq yorğunluq;
-Nəfəs darlığı, çarpıntılar, sinə ağrısı və sıxılma;

-Yaddaş və konsentrasiya problemi;

-Əzələ ağrısı;
-Dad və qoxu hiss etməkdə müəyyən dəyişikliklər.