Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sonra TROMBOZ riski – Simptomlar, müalicəsi

  • 2021.04.24 19:20
  • 2846 Baxış
Koronavirusdan sonra TROMBOZ riski  – Simptomlar, müalicəsi

Koronavirus infeksiyası damarlarda tromboz əmələ gəlməsini artırır, xəstəlikdən sonra pasiyentlərdə tromblar aşkarlanır.


Bəs hansı əlamətlərlə trombozu ayırd etmək olar? Qan durulducu dərmanlar hansı hallarda istifadə edilməlidir?

Medicina.az koronavirus sonrası tromboz problemi barədə Seçenov adına universitetin kardioloqu Ruslan Rudun açıqlamasını təqdim edir.

“Əslində koronavirusun özü təklikdə tromboz yaratmır, sadəcə buna təkan verən hansısa patologiyalar, yanaşı xəstəliklər, xəstənin orqanizminin vəziyyəti olur. Yəni insan tromboza meyillidir, koronavirus bunu sürətləndirdi.

Məsələn, xəstənin koronavirusa qədər qan laxtalanması, damar, qan dövranında problemlər var idi:

- Ürək xəstəlikləri
- İnfarkt
- Əməliyyatlar
-Sümük, oynaqlarda travmalar
- Qan laxtalanması


Trombozu necə bilməli?

Trombozun 2 növü var: arterial və venoz. Ürək ritmi pozulan xəstələr, səyrici aritmiyası olanlar qandurulducu antikoaqulyantlar qəbul etməlidirlər ki, tromb əmələ gəlməsin. Əks halda damarlarda tromb əmələ gələcək, o qopub arterial damara düşəcək və yuxarı, baş beyinə doğru gedə bilər.

Arterial damar trombları üzü yuxarı, başa gedir. venoz tromblar isə ağciyərlərə keçir. Hər ikisində tromboemboliya əmələ gəlir.

Dərin venaların trombozu çox ciddi vəziyyətdir, onu müayinə etmək mümkündür.

Əgər kimdəsə ailədə, yaxın qohumlarda tromboz olubsa, emboliyadan ölüm olubsa, o zaman səthi və dərin venaların USM müayinəsi ildə 2 dəfə aparılmalıdır.

Yorğun ayaqlar sindromu olanlar, hamilələr, doğuş və keysəriyyə keçirənlər, eləcə də yüngül gəzinti zamanı belə ayaqları ağrıyanlar, ürək döyüntüsü çoxalanlar, təngənəfəs olanlar risk qrupundadır.

Koronavirusdan sonra hər kəs 6 aydan bir USM –də damarlarını yoxlatmalı və qan laxtalanması analizi verməlidir”.