Koronavirusa yoluxub sağalan 95 yaşlı Britaniya kraliçası II Elizabet bir müddətdir ki, illərdir vərdiş etdiyi itlərini gəzdirməyə çıxarmır.
Bakupost.az xəbər verir ki, sarayda şəxsi həkimin tövsiyəsinə görə, hazırda kraliçanın səhhəti buna yol vermir.
Ailəyə yaxın mənbələrin məlumatına görə, Elizabet özünü yaxşı hiss etmir.
Ötən il ərinin ölümündən sonra itlərlə gəzmək onun təskinlik vasitəsi idi.
20 fevralda kovidə yoluxan kraliça sağalsa da, kifayət qədər zəifləyib.
Aygün
BakuPost