Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sonra halsızlığı və stresi necə aradan qaldıraq? - Həkimdən TÖVSİYƏ

  • 2021.05.20 15:17
  • 2894 Baxış
Koronavirusdan sonra halsızlığı və stresi necə aradan qaldıraq? -  Həkimdən TÖVSİYƏ
COVID-19-dan sağalanlar güclü halsızlıq, zəiflik şikayətləri edirlər, həkimlərdən bunu aradan qaldıra bilən dərman soruşurlar. Əlbəttə ki, dərman yazanlar reseptlər yazıb doldurmağa çalışırlar ki, bunları edin.

Amma bilməlisiz ki,, COVID-dən sonra halsızlığın olması təbiidir. Orqanizm təzəcə müharibədən çıxıb, enerji resursları tükənib. Həm Covid virusunun skelet əzələlərinə birbaşa təsiri olur. Çünki ACE2 reseptorları əzələlərdə də var. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır.


Medicina.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, insanlar təkcə fiziki yox zehinsəl də olaraq yorğun olurlar:

“COVID-19 bütün orqanizm üçün stress törədir. Bu cür şikayətləri olan şəxslərə bildirmək istərdim ki, bu müvəqqətidir. 3-4 həftəyə keçəcək. Buna görə hansısa dərman içmək lazım deyil. Sadəcə yuxunu requlyar edin, enerjiyə qənaət rejimimə keçərək çoxlu dincəlin. Bədənin bərpa olunması özü enerji tələb edən proses olduğunu unutmayın. Çox ehtiyatla fiziki məşqlərə başlayın. Məsələn, 1-ci həftə hər gün 5 dəqiqə yeriyin, bu sizə çətin deyilsə. 2-ci həftə 10 dəqiqə, 3-cü həftə hər gün 15 dəqiqə, 4-cü həftə gəzintini 20 dəqiqəyə çatdırın.

Musiqilərə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stressin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz özünə və dərmansız keçəcək”. /publika.az/