Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sonra bir neçə xəstədə iflic qeydə alındı - SƏBƏB

  • 2021.04.29 15:50
  • 1914 Baxış
Koronavirusdan sonra bir neçə xəstədə  iflic qeydə alındı      - SƏBƏB

Koronavirus infeksiyası onurğa beynini zədələyə bilər və nəticədə iflic baş verir. Bu nəticəyə koronavirus keçirmiş xəstələrdə sonradan onurğa beyni problemlərini analiz edən mütəxəssislər qrupu gəlib.

Medicina.az xəbər verir ki, pandemiya dövründə koronavirusdan sonra 43 iflc faktı qeydə alınıb. Mielit onurğa beyinin az rast gəlinən iltihabi patologiyasıdır.

Daha çox 30-45 yaş arası insanlarda ola bilər, o da 1 milyon insanın 10-nəfərində baş verir.

Panama xəstəxanasının nevroloqları 72 yaşlı pasiyentdə xəstəxanaya yatırılandan 3 gün sonra ayaqlarında zəiflik, parezteziya görüblər. Onun 2 ay öncə koronavirus xəstəliyinə yoluxduğu məlum olub. Lakin kişi bunu bilməyib, çünki ciddi ağır simptomlar olmayıb.

Analizlər xəstədə EÇS və CRB, yəni iltihabın yüksək olduğunu göstərib.
MRT zamanı döş qəfəsi onurğa beynində diffuz hiperintensivlik görülüb.


Xəstəyə kəskin mielit diaqnozu qoyulur, müalicələr qolların hərəkətini bərpa etsə də, aşağı ətrafların iflici qaldı.
Elmi tədqiqatı aparanlar 2021-cü ildə koronavirus keçirmiş daha 43 nəfərin ayrı-ayrı ölkələrdə onurğa beyni mieliti olduğunu qeyd ediblər.

Mielit koronavirusa yoluxduqdan sonrakı 30-60-cı gündə başlayır. Eləcə də AstraZeneca peyvəndi olunmuş 3 nəfərdə də vaksindən sonra iflic olduğu faktı da var.