Koronavirusdan sağalmışdı, ikinci yoluxmada öldü
Çinin Uhan şəhərinin sakini, koronavirusdan sağalan 36 yaşlı kişi ikinci dəfə virusa yoluxduqdan sonra həyatını itirib.
Medicina.az xəbər verir ki, kişi ilk dəfə fevralın 12-də aşkarlandıqdan sonra o, xəstəxanaya yerləşdirilib. Həkimlər onda virusun kiçik simptomlarını aşkar ediblər və 14 günlük müalicə kursundan sonra evə buraxıblar.
Ölən şəxsin xanımı bildirir ki, ərində martın 2-də ikinci dəfə “COVİD-19” müəyyən olunub. O, xəstəxanaya aparılsa da, həmin gün vəfat edib.