Türkiyədə koronavirusdan sağalan qadın beyin qanaması keçirib öldü
Medicina.az xəbər verir ki, 22 mart tarixində koronavirusa yoluxduğu aşkarlanan Rəsmiyə Işık 9 gün ərzində xüsusi rejimli xəstəxanada müalicə olunaraq sağalmışdı.
Buna baxmayaraq o, evə buraxıldıqdan sonra 5 aprel tarixində beyin qanaması keçirib. Həmin xəstəxanaya geri qaytarılan 86 yaşlı qadın reanimasiyaya alınıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, Rəsmiyə Işık 86 yaşında koronavirusa qalib gəlsə də, yüksək təzyiq səbəbindən beyin qanaması keçirərək həyatını itirib.