Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağalanların rəngi niyə qaralır?- FOTO

  • 2020.04.21 17:16
  • 2850 Baxış
Koronavirusdan sağalanların rəngi niyə qaralır? - FOTO

Çinin Uhan şəhərində koronavirusdan müalicə alaraq xəstəliyə qalib gələn kardioloq Yi Fan və uroloq Hu Veyfenqin dəri rəngi dəyişərək tündləşib.

Medicina.az xəbər verir ki, mütəxəssislər bu dəyişikliyi koronavirusun qaraciyərə verdiyi zədə ilə əlaqələndirir.

Həkimlərdən biri Hu Veyfenq yaşadığı dəyişiklikdən danışıb.

“Şüurum bərpa olanda və səhhətimi öyrənəndə qorxdum. Tez-tez kabuslar görürdüm”, - o bildirib.

Xuançon Elm və Texnologiya Universitetinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Yianxin sözlərinə görə, qaraciyərə lazım olandan çox yığılan dəmir qan damarlarına dolub. Buna görə də dərinin rəngində dəyişikliklər yaşanıb.


Uroloq Li Şuşenq həkimlərin dəri rənglərinin bir müddət sonra normal vəziyyətə qayıdacağını bildirib.

Yale Universitetinin kardioloqu Harlan Krumholz isə COVID-19-un sadəcə pnevmoniya yaratmadığını da deyib: “Bu xəstəlik ürəyi, qaraciyəri, böyrəkləri, beyni, endokrin və qan-damar sistemini sıradan çıxarır”.