Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağalanlar işə qayıtmağa tələsməməlidir – PULMONOLOQ

  • 2020.11.13 14:59
  • 7032 Baxış
Koronavirusdan sağalanlar işə qayıtmağa tələsməməlidir  – PULMONOLOQ

Koronavirusu orta və orta ağır keçirənlər 21 gün xəstəlik dövrünü geridə qoyub, sağaldığını güman edərək, işə qayıtmağa tələsməməlidir.

Medicina.az xəbər verir ki, koronavirusu keçirənlər cəmiyyətdə virusu yaymaqda birinci yerdə dayanan ən təhlükəli qrupdur.

Bunu Rusiyalı pulmonoloq Aleksandr Karabinenko bildirib.

Koronavirusdan sağalanlar arxayınlıqla taksidə, işdə maska taxmır, daha keçirmişəm düşünüb qorunmur və ətraf üçün də təhlükəsiz olduğunu güman edir.

Həkim bildirib ki, virus virus zərrəcikləri tənəffüs yollarında hələ bir müddət qalır və sağalmış xəstələr yoluxdurucu ola bilər.

Bunlar daha çox uşaqlar, yeniyetmələr, gənclərdir. Məhz onlar yaşlı insanlarıın ağır formada xəstələnməsinə səbəbkardır. İstər sağlam, istər artıq sağalmış insanlar harda olsalar da maska taxmağa davam etməli, sağalanlar işə 21 gün sonra yox, ən azı 40 gün sonra çıxmalıdırlar.