Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağalanlar 1 il bu müalicəni almalıdır - Reabilitasiya şərtləri

  • 2020.11.12 16:59
  • 3660 Baxış
Koronavirusdan sağalanlar 1 il bu müalicəni almalıdır  - Reabilitasiya şərtləri

Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, çünki bədənin tam bərpa dövrü iki-üç ay çəkir.

Medicina.az xəbər verir ki, bu barədə “Сбер Здоровь” xidmətinin direktoru Vladislav Məhəmməd Əli bildirib. Onun sözlərinə görə, orta və ağır formada xəstəlikdən əziyyət çəkən xəstələrin reabilitasiyaya daha çox ehtiyacı var.

Mütəxəssis qeyd edib ki, xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətlərindən asılı olaraq insanların reabilitasiya müddəti bir il və ya daha çox müddət davam edə bilər.

Həkim infeksiyanın müalicəsi barədə məsləhət verib. Hər şeydən əvvəl ekspert verilən tövsiyələrə və reseptlərə riayət etməyin vacibliyini qeyd edib. Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıtmaq lazımdır, ancaq bunu tədricən edin - ciddi xəstəlikdən sonra enerji səviyyəsi azalır və bəzi fəaliyyətlər əvvəlkindən daha çox səy tələb edir. Ən azı 7-8 saat yatmağa çalışın.

Xroniki xəstəliyi olanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidir, bunun üçün yaxınlarınızdan dəstək və peşəkar psixoloji yardım ala bilərsiniz. Həkim balanslı qidalanma rasionuna əməl etməyi, menyuya asanlıqla həzm olunan protein, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr daxil etməyi tapşırıb. Acı, yağlı, duzlu və yüksək kalorili qidalardan çəkinin. Eyni zamanda, xəstədə ürək və ya böyrək çatışmazlığı və hipertoniya yoxdursa, gündə ən azı iki litr maye içməlidir.

Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır, fiziki fəaliyyətə yalnız bir aydan sonra və tədricən başlamaq lazımdır. Nəhayət, ürək və damarlarda əlavə stress yaratmamaq üçün isti hamam və saunadan imtina edin.